6A SİNFİNDƏ OXU SAATI

Mütaliə məlumat-axtarış və idraki fəaliyyət növü kimi insanın mənəvi inkişafında, təhsilində və tərbiyəsində xüsusi yer tutur. Ümumtəhsil məktəb şagirdlərinin mütaliəyə həvəsinin artırılması onların bədii-estetik zövqünün inkişafına, mənəvi tərbiyəsinə müsbət təsir edir.
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəb də bu vəzifəni həvəslə yerinə yetirir. Belə ki, məktəbin siniflərində kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı ilə mütəmadi olaraq, mütaliə saatları keçirilir. Növbəti oxu saatı 6A sinfində keçirildi. Şagirdlər "Ən sevimli şagird" mətnini mütaliə etdilər. Sonra isə əsərdəki obrazları təhlil və buradan çıxan nəticəni müzakirə etdilər.