DAVRANIŞ VƏ ÜNSİYYƏT MƏDƏNİYYƏTİ
İnsanlar arasında müəyyən qanunlar, davranış normalarının mövcudluğuna ehtiyac duyulmuşdur. Çünki insanlar arasındakı münasibətləri tənzimləyən normalar olmasa, özbaşınalıq və xaos hökm sürər, cəmiyyət idarəolunmaz hala gələ bilər. Ona görə də hər bir dövrə uyğun cəmiyyətdə davranış qaydaları müəyyən edilir.
"Davranış qaydaları” şagirdlərə öyrədilərkən onların psixologiyası nəzərə alınmaqla müşahidə və fəallığın dialektiv vəhdət təşkil etməsinə nail olmalıdır. Çünki şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və qanunlara əməl etməsi üçün elə məktəb dövründə sadəlikdən mürəkkəbə, fərdidən ümumiyə doğru inkişaf etdirilməlidir.
Hər ailənin özünəməxsus davranış qaydalarının olduğunu və məktəbin böyük bir ailə olduğunu nəzərə alsaq, biz ailədə olduğu kimi, məktəbdə də davranış qaydalarına əməl etməliyik. Davranış qaydalarında şagirdlərin vəzifələri xatırladılır. Bu qaydaların müddəalarında müəyyən qadağanedici normalar vardır. "Bunu etmək olmaz” fikrini həmişə yadda saxlamaq lazımdır. Çünki elə hərəkətlər var ki,yaşından asılı olmayaraq onu etmək heç bir insana başucalığı gətirmir.
Şagirdlərə davranış qaydalarını aşılamaq məqsədilə, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdınxaric tərbiyə işləri üzrə təşkilatçı Aygün Abdullayevavə 5B sinif şagirdləri ilə birlikdə məktəbin kitabxanasında maarifləndirici tədbir keçirildi. Eyni zamanda, mövzu ilə əlaqədar videoçarxlar da nümayiş etdirildi.