MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ MÖVZUSUNDA SİNİF TƏŞKİLAT SAATLARI

15.03.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin siniflərində milli-mənəvi dəyərlərimizə həsr olunmuş sinif təşkilat saatları keçirildi. Müəllimlər şagirdlərə adət-ənənələrimiz haqqında geniş məlumat verdilər. Bu barədə videoçarxlar izlənildi. Həmçinin şagirdlər milli-mənəvi dəyərlərimizə həsr olunmuş divar qəzetləri hazırladılar.