MƏNƏVİ DƏYƏRLƏRİMİZİ ƏKS ETDİRƏN GUŞƏ

Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran , inkişafa kömək edən davranış qaydalarıdır.Dünya xalqları arasında milli mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları , adət - ənənələri , milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur.
Bu ənənələri yaşatmaq məqsədi ilə , Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adəna 98 nömrəli tam orta məktəbin foyesində məktəbin uşaq birliyi təşkilıtının rəhbəri Məryəm Şərifovanın təşkiltaçılığı ilə mənəvi dəyərlərimizi əks etdirən guşə yaradıldı.Guşədə Şuşa qalasının maketi , bayrağımızın rənglərinin səma , yer və bahar çiçəkləri ilə sintezi , səməni , qədim mis əşyalar , paxlava , şəkərbura və qoğalın toxunma maketi , tonqalın kiçik modeli və digər elementlər öz əksini tapmışdır.