MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ HƏSR OLUNMUŞ DİVAR QƏZETLƏRİMİZ

Xalqımızın həssaslıqla yanaşdığı, qoruyub saxladığı, yaşatdığı və təbliğ etdiyi milli xüsusiyyətləri, adət-ənənələri ilə dünya mədəni irsində özünəməxsus yer tutur. Milli- mənəvi dəyərlərini yaşatmaq, gələcək nəsillərə ötürmək xalqın keçmişi ilə bağlılığını, onun varlığını ifadə edir. Dilimiz, dini inancımız, adət-ənənələrimiz, həmçinin tarixən bu torpaqlarda mövcud olmuş birgəyaşayış mühiti, tolerantlıq kimi xüsusiyyətlərimiz milli-mənəvi dəyərlərimizdir.
Bu milli-mənəvi dəyərlərimizi təbliğ etmək məqsədilə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin şagirdləri bu mövzuda divar qəzetləri hazırladılar. Bu qəzetlər məktəbin foyesində sərgiləndi.