6B, 7A VƏ 8B SİNİFLƏRİNDƏ MÜTALİƏ SAATI

    Kamil insan olmağın, öz zehnini, təfəkkürünü üstün səviyyəyə gətirməyin, müasir cəmiyyətdə qüsursuz formalaşmanın mükəmməl yolu yalnız mütaliədir. Əsrlər boyu insanlar bir-birindən zahiri gözəlliklərinə görə deyil, qazandıqları bilik və bacarıqlarına, yüksək mənəviyyatlarına görə dəyərləndiriliblər.

    Mütaliənin bu üstün cəhətlərini nəzərə alaraq, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 6B, 7A və 8B siniflərində mütaliə saatı keçirildi. 6B sinfində Novruz çərşənbələrinin yaranması haqqında məlumat, 7A sinfində Neft Daşları haqqında mətn, 8B sinfində Azərbaycanın böyük sənətkarı Ələsgər Ələkbərov haqqında mətn mütaliə olundu. Mütaliəyə rəhbərlik edən kitabxana müdiri Ülkər Əhmədova mövzular ətrafında şagirdlərlə müzakirələr  apardı.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi