MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ BARƏDƏ KİTAB SƏRGİSİ

Hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin doğma xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir.
Əsrlər boyu azərbaycanlılar dünya xalqları arasında qədim milli-mənəvi dəyərləri ilə tanınıblar.
Bu dəyərləri aşılamaq məqsədilə, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitanxana müdiri Ülkər Əhmədova milli-mənəvi dəyərlərimizə həstr olunmuş kitab sərgisi təşkil etmişdir. Sərgidə Azərbaycanın adət-ənənələrinə, bayramlarına, milli musiqisinə, incəsənətinə, kulinariyasına həsr olunmuş kitablar mövcuddur.