5A VƏ 5B SİNİFLƏRİNDƏ MÜTALİƏ SAATI

    Hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri onun adət və ənənələri və bu müstəvidə yüksək dəyərlər sisteminə malik olmalarıdır. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqət cəlb edib.

    Bu ənənələrin yeni nəsillərə ötürülməsi məqsədilə bir çox tədbirlər görülür. Belə tədbirlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxana müdiri Ülkər Əhmədova tərəfindən həyata keçirilmişdir. Belə ki, məktəbin 5A və 5B siniflərində bu mövzuda mütaliə saatı keçirilmişdir. Şagirdlər əcdadlarımızın aylara verdiyi qədim adlar, "Kövsəc", "Səddə", "Kosa-kosa" mərasimləri ilə tanış olmuşlar. Daha sonra isə şagirdlər tərəfindən  bu mərasimlərə münasibət bildirilmiş, digər ayinlər haqqında  da əlavə məlumat verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi