İNSAN HƏYATINDA İDMANIN ROLU

İdmanla məşğul olmaq fiziki sağlamlığı , zehni rifahı yaxşılaşdırır və şəxsi inkişafa təşviq edir.İdman insanların sağlamlığına xidmət edən ən mühüm amil , uşaq və gənclərin mənəvi tərbiyəçisidir.İdman insanların psixoloji sarsıntıdan qoruyan vasitədir.Mənfi təsirlərə qarşı ən yaxşı mübarizə üsulu məhz idman , fiziki tərbiyədir.
Bu məqsədlə , Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin sinif rəhbəri Tahirə İbrahimova 6B sinif şagirdlərinə " İnsan həyatında idmanın rolu " adlı esse yazdırdı.Şagirdlər mövzu barədə öz fikirlərini essede bildirdilər.