NOVRUZ ADƏTLƏRİNİ ƏKS ETDİRƏN MİLLİ FİLMLƏRİMİZİN NÜMAYİŞİ

    Novruz bayramı ürəklərdə saf duyğuların oyanması, insanlar arasında səmimiyyət, mehribanlıq və qardaşlıq tellərinin möhkəmlənməsi, onların bir-birinə qayğı və diqqətinin artırılması üçün gözəl zəmin yaradır.

    Ədəbiyyatdan və təsviri sənətdən fərqli olaraq, kinematoqrafçılarbu el bayramına çox gec müraciət ediblər. Rejissor H. Seyidzadənin 1969-cu ildə quruluş verdiyi "Dəli Kür" filmində Novruzun bir çox adət və ənənələri öz əksini tapmışdır.

    Şagirdləri bu adətlərlə tanış etmək məqsədilə, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin akt zalında kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı ilə həmin filmin nümayişi oldu. Məktəbin 6A və 8B sinif şagirdləri filmi izlədilər. "Dəli Kür" filmi böyük marağa səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi