NARKOMANİYAYA YOX DEYƏK

Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur.
Şagirdləri bu bəladan uzaq tutmaq məqsədilə, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin akt zalında Xətai Rayon Polis İdarəsinin rəis polis polkovniki Vaqif Müslümov, Xətai Rayon Polis İdarəsinin Şəxsi heyətlə iş üzrə köməkçi polis polkovnik- leytenantı İdris Məhərrəmov, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Lamiyə Hüseynova, Bakı Şəhər Narkoloji Dispanserinin narkoloqu Vəfa Əliyeva və digər qonaqların iştirakı ilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra məktəbin direktoru Yeganə Məhərrəmova tədbir iştirakçılarını şagirdlərə təqdim edərək sözü onlara verdi. Qonaqlar çıxış etdikdən sonra narkomaniyanın zərərləri haqqında videoçarxlar nümayiş olundu , bu mövzuda psixoloq Ramilə Teymurovanın ssenarisi əsasında şagirdlərin səhnəciyi göstərildi.