ZƏRƏRLİ VƏRDİŞLƏRDƏN UZAQ OLAQ

Sağlamlıq insanın fiziki, psixoloji və sosial həyatda normal fəaliyyətini təmin edən vəziyyətdir. Sağlam həyat tərzi yaşamaq istəyən hər bir insan bir çox qaydalara əməl etməlidir. Bu qaydalar düzgün qidalanma, orqanizmi daim möhkəmləndirmə, gigiyena qaydalarına riayət etmək, əmək və istirahəti düzgün tənzimləmək, zərərli vərdişlərdən çəkinməkdən ibarətdir.
Bu baxımdan 04.03.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin həkimi Aygün Məmmədova və psixoloqu Teymurova Ramilə 8B sinfində “Reproduktiv sağlamlıq” tədbirləri çərçivəsində “Siqaretin insan sağlamlığına zərərləri” mövzusunda proflaktik söhbət apardı.Spirtli içkilərin, siqaret və narkotik vasitələrin qəbulu zərərli vərdişlərin ən geniş yayılmış formaları olduğunu bildirdi.. Bu vərdişlər insanın bütün fəaliyyətini özündən asılı vəziyyətə saldığını, zərərli vərdişlərin təhlükəli xüsusiyyəti insanda bu vasitələrdən asılılıq yaratması, insanın bu vasitələrsiz keçinə bilməməsindən bəhs etdi.