BAKI KİTAB MƏRKƏZİNƏ VƏ FİRİDUN BƏY KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASINA EKSKURSİYA

04.03.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 2A sinif rəhbəri Lalə Babayevanın və kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı ilə 2A sinif şagirdlərinin Bakı Kitab Mərkəzinə və Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyası oldu. Bakı Kitab Mərkəzində bələdçi şagirdləri mərkəzlə tanış etdi. Sonra onlara kitab hədiyyə olundu.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında bələdçi şagirdləri kitabxana və onun şöbələri ilə tanış etdi. Daha sonra onlara Firidun bəy Köçərlinin "Balalara hədiyyə" kitabından "Qarı və pişik" nağılını, müxtəlif holavar, atalar sözləri, tapmacaları mütaliə etdi. Nağıl otağında isə şagirdlər öyrəndikləri nağılları səhnələşdirdilər.
Ekskursiya şagirdlərdə gözəl təəssüratlar yaratdı.