MÜLKİ MÜDAFİƏ GÜNÜ İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR

  1mart 1972 -ci il Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd olunan xüsusi gündür. Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.

    Bu məqsədlə, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin akt zalında Fövqəladə Hallar Nazirliyinin və TƏBİB-in əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçirildi. Tədbiri məktəbin direktoru Yeganə Məhərrəmova giriş sözü ilə açdı. Daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fövqəladə hallar, bu vəziyyətlərdə davranış qaydaları, yanğınsöndürmə balonundan istifadə qaydaları haqqında geniş məlumat verdilər və mövzu ilə əlaqədar videoçarxlar izlənildi. Sonra isə TƏBİB-in əməkdaşı yanma, boğulma, bayılma, elektrik vurma, sınıq və digər hallarla əlaqədar ilkin tibbi yardım haqqında geniş məlumat verdi . Tədbir şagird kontingenti ilə diskussiya formasında davam etdi. Qonaqlar şagirdlərə fəallıqlarına görə təşəkkür etdilər.

    Ən sonda məktəbin həyətində şagirdlərə əyani olaraq, yanğınsöndürmə balonundan istifadə qaydası göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi