İMTAHAN STRESSİNİN ÖLÇÜLMƏSİ

     Stress şəxsin neqativ hadisə olacağı düşüncəsinin səbəb olduğu narahatlıq halıdır. Gündəlik həyatımızda stress yaradan bir çox situasiya ilə qarşılaşırıq. Uzunmüddətli və güclü stress beyin və digər bioloji sistemlərin strukturuna və inkişafına mənfi təsir göstərir, bununla da öyrənmə, davranış, fiziki və zehni sağlamlıqla bağlı problemlərin yaranmasına səbəb olur. Əgər stress beyin inkişafının həssas dövrlərində yaşanarsa, xüsusilə təhlükəli ola bilər.

     İmtahan stressi imtahandan əvvəl və ya imtahan vaxtı bacarığın səmərəli istifadə edilməsinə neqativ təsir göstərən narahatlıq halıdır. İmtahan stressi stressin digər formalarında olan vəziyyətlə eynidir, lakin bu cür stressin yaranma səbəbi imtahanla bağlı narahatlıqlardır. Bu hal qəbul imtahanlarında və ya ondan əvvəlki dövrdə, buraxılış imtahanı və ya ondan əvvəlki dövrdə, summativ qiymətləndirmə zamanı və s. situasiyalarda müşahidə olunur. Yəni bizdə narahatlıq hissi yaradan istənilən imtahan və ya qiymətləndirmə ilə bağlı ola bilər.

    Qarşıdan gələn imtahanları nəzərə alaraq, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin psixoloqu Ramilə Teymurova 9A, 11A və 11B sinif şagirdləri ilə imtahan stressi, onun əlamətləri və bu stressin aradan qaldırılması yolları haqqında profilaktik iş aparıldı. Sonra isə "İmtahan stressinin ölçülməsi" mövzusunda test keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi