XOCALI SOYQIRIMINI UNUTMAYAQ

    

    Müharibə bəşəriyyətin ən pis xəstəliyi , soyqırım isə hec sağalmayan yarasıdır.Bu cür işğalçı qəsbkarlıq qan - xəta , ölüm - itim , fəlakət , dağıntə və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır.Tarixin elə ağrı acılı , qanlı - qadalı səhifələri olub ki , onların dəhşətləri zaman keçdikcə üzə çıxır , yaralarından qan süzülür , sağalmasına hec bir ümid qalmır.Elə Xocalı müsibəti kimi !

    Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlərdən biri də kitabxanada keçirilən "Xocalı soyqırımını unutmayaq! " adlı tədbirdir. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra soyqırıma həsr olunmuş şeirlər, musiqi nümunəsi səsləndirildi, videoçarxlar və səhnəcik nümayiş etdirildi.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi