XOCALI FACİƏSİ QAN YADDAŞIMIZDIR

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366 motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular.

    Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur. Onlardan 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca olmuş, 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər isə yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

    Xalqımızın başına gətirilən bu fəlakətin 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında ibtidai sinif müəllimi Şamama Xəlilova,kitabxana müdiri Ülkər Əhmədova və 4B sinif şagirdlərinin iştirakı ilə "Xocalı faciəsi qan yaddaşımızdır" adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi başlandı. Sonra Şamama Xəlilova və Ülkər Əhmədova şagirdlərə bu faciə haqqında geniş məlumat verdi. Daha sonra şagirdlər Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirdilər, bu barədə videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi