XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ İLK DƏRSLƏR

    Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366 motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımdır. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Bu qətliam Azərbaycanın ən faciəli hadisəsi olmuşdur. 

    Bu faciəvi gün Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə də anıldı. Belə ki, bütün siniflərdə ilk dərslər Azərbaycan Dövlət Himninin səsləndirilməsi və faciə qurbanlarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Müəllimlər şagirdlərə Xocalı soyqırımı haqqında geniş məlumat verdilər. Daha sonra bu barədə videoçarxlar izlənildi. Sonda şagirdlər Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi