BEYNƏLXALQ ANA DİLİ GÜNÜNƏ HƏSR OLUNMUŞ DİVAR QƏZETLƏRİ

Hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili heç vaxt yaddan çıxmayan, unudulmayan qürur mənbəyidir. Tarix boyu başı bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman əzilsə də, repressiyalara məruz qalsa da, öz na dilini qoruyub saxlaya bildi.
21 fevral hər bir xalq üçün önəmli gündür. Çünki bu gün Beynəlxalq Ana Dili Günüdür. Bu gün münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin foyesində şagirdlərin "Beynəlxalq Ana Dili Günü" nə həsr edilmiş divar qəzetləri sərgiləndi.