BEYNƏLXALQ ANA DİLİ GÜNÜNƏ HƏSR EDİLMİŞ ŞEİR MÜSABİQƏSİ

    Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, həmçinin milli kimliyidir.Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib  şərtlərdən biri kimi qəbul edilir. Dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir.

    21 fevral tarixi də beynəlxalq aləmdə dillə bağlı bir gündür. Belə ki, bu gün Beynəlxalq Ana Dili Günüdür. Bu gün münasibətilə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli məktəbdə olmuşdur. Belə ki, məktəbin kitabxanasında şagirdlərin ana dilinə həsr olunmuş şeirlərdən ibarət müsabiqəsi keçirilmişdir. Sonda qalib şagirdlər müəllimlər tərəfindən fərqləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi