BEYNƏLXALQ KİTAB BAĞIŞLAMA GÜNÜ

14 fevral Beynəlxalq Kitab Bağışlama Günüdür . Bu, təqvimdə ən gənc bayramlardandır . 2012 - ci ildən qeyd edilən bu bayram ABŞ - da məşhur Delightful Children`s Books uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır.
Hər il minlərlə həm oxunmuş ,həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət ,böyüklərdə isə bağışlamaq ,hədiyyə etmək sevinci yaradır. . Bu məqsədlə , Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli məktəbin müəllimləri və şagirdləri bir - birinə kitab hədiyyə etdilər. Müəllimlərin bu jesti şagirdlərdə mütaliəyə həvəs yaratmaq üçün örnək oldu .