ÜMUMXALQ HÜZN GÜNÜ İLƏ BAĞLI DƏYİRMİ MASA

      

    20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir.20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil , Azərbaycanın istiqlal yolunun ilk zirvəsi , milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.Bu , uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı , öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

    19.01.2024 -cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri Şamama Xəlilova ,Fəxriyyə Mustafayeva , ingilis dili müəllimi Tahirə İbrahimova 20 Yanvar hadisələri ilə bağlı dəyirmi masa keçirdilər.Dəyirmi masada şagird və müəllimlər bu hadisə haqqında fikir mübadiləsi apardılar.Nəticədə xalqımızın başına gələn bu müsibətlər dəyirmi masa iştirakçıları tərəfindən pislənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi