QARA YANVARA HƏSR OLUNMUŞ İLK DƏRSLƏR

20 Yanvar faciəsi Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərib , dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevirilib , dönməz xarakter alıb , xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.
Bu məqsədlə , Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə ilk dərslər 20 Yanvar faciəsinə həsr olundu.Müəllimlər şagirdlərə bu gün haqqında ətraflı məlumat verdilər.