6A VƏ 8A SİNİFLƏRİNDƏ OXU SAATI

16.01.2024 - cü il taixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 6A və 8A siniflərində oxu saatı keçirildi.6A sinfində şagirdlər görkəmli Azərbaycan yazıçısı Sabir Əhmədlinin " Dərs ", 8A sinfində isə " Dənizdən gələn səda " əsərini mütaliə etdilər.Əsərlər 20 Yanvar faciəsindən bəhs edir.Mütaliəni həyata keçirən məktəbin kitabxana müdiri Ülkər Əhmədova şagirdlərə bu faciə haqqında məlumat verdi , onlarla əsərlər ətrafında şifahi fikir mübadiləsi apardı.Sonda şagirdlər bu mövzuda öz fikirlərini yazılı şəkildə də ifadə etdilər.