2A SİNFİNDƏ OXU SAATI

26.12.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 2A sinfində oxu saatı keçirildi.Şagirdlər Aynur Cavid , Cəmilə Məmmədlinin " Həkim bilgə " əsərini mütaliə etdilər.Sonra kitabxana müdiri Ülkər Əhmədova şagirdlərə xəstəliklərə qarşı mübarizə yolları ilə bağlı suallar ünvanladı.Suallara dəqiq cavab verən Nuray Məmmədova həftənin həkimi seçildi.