9A SİNFİNİN ÜMUMMİLLİ LİDERİN MƏZARINI ZİYARƏTİ

09.12.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin fizika müəllimi Şəhla Hüseynova və 9A sinif şagirdləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Şagirdlər Ulu Öndərin məzarı önünə güllər qoyaraq, ona olan ehtiramı bildirdilər.
Sonra Heydər Əliyev Mərkəzində xalq musiqi alətləri, milli geyimlər, Ümummilli Liderin şəxsi əşyaları, avtomobilləri və s. sərgilərlə tanış oldular.