ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ TƏDBİR

11.12.2023-cü ildə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısı aparatının İçtimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid atası Meyvəddin Ramaldanov, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbirdə çıxış edənlər Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq bildirdilər ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi Ulu Öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ümummilli Liderin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, bölgə ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verir.
Çıxışlardan sonra məktəbin şagirdlərinin Ümummilli Liderin Anım Günü ilə bağlı hazırladıqları ədəbi-bədii proqram nümayiş etdirildi . Burada şagirdlər Ulu Öndərə həsr olunmuş şeir və musiqi nümunələri səsləndirdilər, səhnəcik, videoçarx nümayiş etdirdilər.