ULU ÖNDƏRİN XATİRƏSİ YAD OLUNDU

Azərbaycan Respublikasının Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən 1 Nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin "Ekoloji mədəniyyət" dərnəyinin rəhbəri Rövşanə İbrahimova və onun dərnək üzvləri 11.12.2023-cü il tarixində Ulu Öndərin Anım Günü ilə Heydər Əliyev parkında onun abidəsi önündə qərənfillər qoyaraq əziz xatirəsini yad etdilər. Ziyarət zamanı şagirdlər Ümummilli Liderə həsr olunmuş şeirlər səsləndirdilər.