5A VƏ 6B SİNİFLƏRİNDƏ MİLLİ İDMAN OYUNLARININ TƏBLİĞİ

08.12.2023-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında məktəbin fiziki tərbiyə müəllimləri Maya Həsənova, Rəna Rüstəmova , Elçin Abdullayev, kitabxana müdiri Ülkər Əhmədovanın və 5A, 6B sinif şagirdlərinin iştirakı ilə milli idman oyunlarımıza həsr olunmuş dərs keçirildi. Müəllimlər şagirdlərə "Qundaq-qundaq", "Çovqan", "Çalacançardağı", "Sürpapaq", "Kosaldıqaç", "Çilingağac", "Xıy-Xıy", "Dədəboyu","Dirədöymə" və s. idman oyunları haqqında şagirdlərə məlumat verdilər. Eyni zamanda, kitabxana müdiri Ülkər Əhmədova şagirdlərə idman haqqında ensiklopediyalar payladı. Onlar bu ensiklopediyalardan milli idman oyunlarımız barədə məlumat aldılar. Sonda müəllimlər və Ülkər Əhmədova şagirdlərdən oxuduqları məlumatlar haqqında sorğu-sual etdilər.