ÜMUMMİLİ LİDER HEYDƏR ƏLİYEV VƏ TƏHSİLİMİZ

    

   

   Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. "Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır" , - deyən dahi rəhbər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb.

    Məhz Ümummilli Liderin bu siyasətini dəyərləndirmək məqsədilə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Rəhimova, kitabxana müdiri Ülkər Əhmədova  və 8A sinif şagirdlərinin iştirakı ilə "Ümummilli Lider Heydər Əliyev və təhsilimiz adlı tədbir baş tutdu. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi və Ulu Öndərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra kitabxana müdiri Ülkər Əhmədova şagirdlərə bu mövzuda mühazirə oxudu. Daha sonra  Sevil Rəhimova da öz növbəsində Ümummilli Lider haqqında məlumat verdi, şagirdlər isə şeirlər və musiqilər səsləndirdilər. Tədbir Ulu Öndər Heydər Əliyev haqqında videoçarxların izlənilməsi ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi