LAÇIN SƏN AZADSAN !

01.12.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin ibtidai sinif rəhbəri Fəxriyyə Mustafayevanın və 3A sinfinin iştirakı ilə "Laçın, sən azadsan! " adlı tədbir keçirildi. Tədbir şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra şagirdlər Laçına aid məlumatlar, şeirlər, mahnılar səsləndirdilər.