İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020 - ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş " Azərbaycan Resbublikasında insan alverinə qarşı mübarizəyə dair 2020 - 2024 - cü illər üçün Milli Fəaliyyət Planı " nın icrası ilə bağlı 30.11.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə psixoloq Ramilə Teymurovanın təşkilatçılığı ilə 7B sinfində bu mövzu ilə bağlı söhbət aparıldı.Söhbət diskussiya formasında davam etdi.