ANA DİLİM, DOĞMA DİLİM
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir.Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Dilini itirən xalq məhvə məhkumdur. Doğma ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir.
Məhz bu məqsədlə Azərbaycan Respublikasının Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin şagirdləri doğma dilimizə həsr olunmuş divar qəzetləri hazırladılar. Həmin divar qəzetləri məktəbin foyesində nümayiş etdirildi.