UŞAQLARIN TƏHSİLDƏN YAYINMASI VƏ BAXIMSIZLIĞI İLƏ BAĞLI PROFİLAKTİK İŞ

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020 - ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş " Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020 - 2024 - cü illər üçün Milli Fəaliyyət Planı " nın icrası ilə bağlı 29.11.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 9A sinfində uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı profilaktik iş aparıldı. İşi aparan məktəbin psixoloqu Ramilə Teymurova şagirdlərə uşaqların təhsildən yayınmaqlarının onların gələcəyinə mənfi təsirindən danışdı. Sonra şagirdlərə gigiyena qaydalarına əməl etməyi, baxımlı olmağı tövsiyyə etdi.