UŞAQ VƏ GƏNCLƏR ARASINDA SAĞLAM MÜHİT VƏ SAĞLAM HƏYAT TƏRZİNİN TƏBLİĞİ

İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli təmin edilməsi və pozulmasının qarşısının alınması məqsədilə 29.11.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında ingilis dili müəllimi Tahirə İbrahimovanın təşkilatçılığı və 6B sinfinin iştirakı ilə sağlam mühit və sağlam həyat mövzusunda söhbət aparıldı.Tahirə İbrahimova sağlamlığı möhkəmləndirən və pozan amillər haqqında şagirdlərlə diskussiya apardı.