3A SİNFİNDƏ YOL HƏRƏKƏTİNİN TƏHLÜKƏSİZLİYİ QAYDALARI HAQQINDA VİKTORİNA

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31.05.2020 - ci il tarixli 230s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat - təşviqat işinin təşkili ilə bağlı 2020 - 2023 - cü illər üçün Tədbirlər Planı " nın icrası ilə bağlı 29.11.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 3A sinfində viktorina keçirildi.Viktorinanı məktəbin kitabxana müdiri Ülkər Əhmədova apardı.Şagirdlər yol nişanları haqqında suallara cavab verdilər.