8A VƏ 9B SİNİFLƏRİNDƏ OXU SAATI

24.11.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı ilə 8A sinfində oxu saatı keçirildi. Şagirdlər Cəlil Məmmədquluzadənin “Şərq qadını” məqaləsinin mütaliə etdilər və əsər əsasında esse yazdılar.9B sinfində isə Cəlil Məmmədquluzadənin “ Qız tərbiyəsi " felyetonu oxundu. Sonra şagirdlər bu əsər barəsində fikirlərini yazılı şəkildə ifadə etdilər.