ZƏFƏR GÜNÜ

    07.11.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin akt zalında tarix müəllimi Elnurə Seyidovanın və hərbi müəllimi mayor Qabil Məmmədovun təşkilatçılığı ilə Zəfər Günü keçirildi.Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai - siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova ,  Füzuli , Xocavənd , Şuşanın azad olunmasına görə , Hərbi xidmətdə fərqlənməyə görə, Hərbi xidmətlərə görə , döyüşdə fərqlənməyə və igidliyə görə medalları ilə təltif edilən, Vətən müharibəsi iştirakçısı polkovnik - leytenant Nahid Muradov , Cəbrayıl, Qubadlının azad olunmasına görə medalları ilə təltif olunan  Vətən müharibəsi iştirakçısı  polkovnik - leytenant Elmar Ayvazov , Hərbi xidmətlərə görə medalları ilə təltif olunan polkovnik - leytenant Anar Bayramov , Cəbrayıl, Füzuli , Xocavənd , Şuşanın azad edilməsinə görə , Hərbi xidmətlərə görə , şücaətə görə  , Vətən uğrunda medalları və Azərbaycan Bayrağı Ordeni ilə təltif olunan , Vətən müharibəsi iştirakçısı mayor Tural Dadaşov , Cəbrayıl , Füzuli , Qubadlı , Vətən uğrunda medalları ilə təltif olunan , Vətən müharibəsi iştirakçısı mayor Elsevər İbrahimov , Azərbaycanın Xalq artisti Firuzə İbadova, məktəbin direktoru Yeganə Məhərrəmova , müəllim və şagird kollektivi iştirak etdi.Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Aparıcılar Zaur Cəfərxanlı və Aysu  Sadıqova tədbiri açıq elan etdilər.Sonra Elvin Abuşov ,Dərya Sadıqova , Elçin Həmidov ,İmaməli Əliyev , Sevil Xankişiyev Laçın sərhəd - keçid məntəqəsində baş verən hadisələri canlandırdı. Daha sonra məktəblilərin təqdimatında fləşmob nümayiş olundu.Tədbirin davamında videoçarx nümayiş olundu , vətənpərvərlik mövzusunda şeirlər söyləndi, mahnılar səsləndirildi.Sonda Xalq artisti Firuzə İbadovanın ifasında Ulu Öndərə həsr olunmuş mahnı oxundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi