ZƏFƏR GÜNÜ ŞANLI TARİXİMİZDİR

 

    Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub.Azərbaycan tarixində ən mühüm günlərdən biri olan Zəfər Gününün qeyd olunması da bu vəzifələrə daxildir. Çünki Zəfər Günü dünya tarixinə qızıl hərflərlə yazılıb.

      Məhz buna görə də Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədova , Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzirə Nəbiyeva və 6A sinfinin iştirakı ilə “Zəfər Günü şanlı tariximizdir ! ” adlı tədbir keçirildi. Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlandı. Sonra şagirdlər bu günlə bağlı şeirlər, həmçinin də “Xudayar” təsnifi, Azərbaycana aid musiqilər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi