ZƏFƏR GÜNÜNƏ HƏSR EDİLMİŞ ŞEİR MÜSABİQƏSİ

 

      Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzaladı. Bu sərəncama əsasən hər il noyabr ayının 8-i Zəfər Günü kimi qeyd edilir.

               Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə də bu tarixi gün silsilə tədbirlər şəklində qeyd olunur. Belə tədbirlərdən biri də məktəbimizin foyesində keçirildi. Belə ki, ibtidai sinif şagirdləri bir dəqiqəlik sükutla şəhidlərin ruhunu andılar, Azərbaycan Dövlət Himnini səsləndirdilər. Sonra isə Vətənə, Zəfər Gününə, qələbəyə həsr olunmuş şeirlər,musiqilər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi