ŞAGİRDLƏRİN ZƏFƏR SEVİNCİ

Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş möhtəşəm Zəfər Gününün tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır.44 günlük vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının otuz illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir.
Bu şanlı tarixi gün hər il ölkə miqyasında silsilə tədbirlərlə qeyd edilir. Belə tədbirlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin həyətində keçirildi. Belə ki, tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlandı. Sonra isə şagirdlər Zəfər Gününə, Azərbaycana həsr edilmiş şeirlər və musiqi nömrələri səsləndirdilər.