ŞƏHİDLƏRİ HÖRMƏTLƏ ANIRIQ

Vətən uğrunda ölmək, şəhadətə yüksəlmək ölümlərin ən şərəflisidir.Vətən müharibəsində şəhid olan, öz şəhidlikləri ilə bizə qələbə bəxş edən zəfər şəhidlərini daima hörmətlə anırıq, onların ruhu qarşısında baş əyirik.
Məhz bu məqsədlə, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin direktoru Yeganə Məhərrəmova və məktəbin kollektivi İkinci Fəxri Xiyabana şəhidləri ziyarət etməyə getdilər.Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi, məktəbimizin adını daşıyan Milli Qəhrəman İlqar Mirzəyevin məzarı önünə əklil qoyuldu.