HEYDƏR ƏLİYEVİN 100 DƏYƏRLİ AFORİZMİ

Müstəqil Azərbaycanın Dövlət Qurucusu , dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 - cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin , şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və Azərbaycan Respublikasında 2023 - cü ilin Heydər Əliyev ili elan edilməsi ilə bağlı Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə silsilə tədbirlər davam edir.03.11.2023 - cü il tarixində həmin məktəbin 5A sinif şagirdləri " Heydər Əliyevin 100 dəyərli aforizmi " mövzusunda sinifdaxili tədbir keçirdilər. Uşaqlar Heydər Əliyevin aforizmlərini səsləndirdilər.Tədbirdə məktəbin direktoru Yeganə Məhərrəmova , direktor müavinləri və sinif rəhbəri də iştirak etdi.