VALİDEYNLƏRLƏ ŞAGİRDLƏRİN YENİYETMƏLİK DÖVRÜ HAQQINDA SÖHBƏT

31 oktyabr məktəbin psixoloqu Ramilə Teymurova , məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Aygün Abdullayeva 8-9 cu sinifin valideynləri ilə görüş keçirdilər.Görüşün məqsədi cinsi yetişkənlik dövrünə qədəm qoymuş , uşaqların labüd problemləri barədə məsləhətləşmələr aparmaqdan ibarət oldu.Valideynlər və onların övladları yeniyetməlik dövrü böhranını necə qarşılamalıdırlar ? Bu böhran zamanı münasibətləri, qarşılıqlı anlaşmanı və inamı necə qorumaq lazımdır? Yeniyetmələrlə reproduktiv sağlamlıq, əks cinslər arasında münasibətlər, sevgi, dostluq barədə necə danışmaq lazımdır? Bir sözlə, "reproduktiv sağlamlığı necə qorumalı ?" kimi suallar müzakirə olundu.