DÜNYA UŞAQLARIN GÖZÜ İLƏ

31.10.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı ilə " Dünya uşaqların gözü ilə ... " mövzusunda esse müsabiqəsi keçirildi.Müsabiqədə 5 - 9 - cu sinif şagirdləri iştirak etdilər.Şagirdlər öz ailələrindən , məktəbdən başlayaraq hal - hazırda qlobal dünyada gördükləri hadisələri şərh etdilər və sülh şəraitində müharibəsiz bir dünya , gülən uşaqlar kimi arzularını essedə ifadə etdilər.