AZƏRBAYCAN DÖVLƏTİNİN QURUCUSU

2023-cü il may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam oldu.Bu münasibət ilə 2023 - cü il Heydər Əliyev ili elan edilmişdir.Heydər Əliyev ili ilə bağlı respublika üzrə silsilə tədbirlər keçirilir.Bu silsilə tədbirlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında 4A sinfi ilə keçirildi.Tədbirdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini Aygün Abdullayeva ,kitabxana müdiri Ülkər Əhmədova , 4A sinif rəhbəri Şəfiqə Qurbanova iştirak etdi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. İlk öncə sözə Şəfiqə Qurbanova başlayaraq Ulu Öndər haqqında geniş məlumat verdi.Daha sonra şagirdlər Ümummilli Lider haqqında şeirlər , musiqi nümunələri səsləndirdilər.