QUBADLININ İŞĞALDAN AZAD EDİLMƏSİ

25.10.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında ibtidai sinif müəllimi Aygün Gülməmmədovanın rəhbərliyi ilə 3B sinfinin Qubadlının işğaldan azad olunması münasibəti ilə tədbiri keçirildi.Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Şagirdlər şəhid Natiq Qasımovun qəhrəmanlığından bəhs edən səhnəcik nümayiş etdirdilər.Daha sonra şeirlər , musiqi nümunələri və videoçarxlar izlənildi.