REPRODUKTİV SAĞLAMLIQ

    

     Keyfiyyətli cinsi və reproduktiv sağlamlıq reproduktiv sistemlə əlaqəli bütün məsələlərlə bağlı fiziki, zehni və sosial rifahın tam təmin edildiyini nəzərdə tutan bir anlayışdır. Cinsi və reproduktiv sağlamlıq hüquqlarının yerində olması insanların müstəqil şəkildə öz cinsi həyatı və sağlamlığı, eləcə də nəsilartırma ilə bağlı qərarlar verə bilmə imkanı və azadlığına sahib olduqlarını göstərir.

    Bu məqsədlə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli məktəbdə 9-cu sinfin oğlan və qızları ilə “Yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışları və etibarlı informasiya mənbəyi anlayışı” mövzusunda tədbir təşkil olundu. Onları maraqlandıran intim suallara cavab axtarmaq üçün taktika müəyyənləşdirildi. Onlara emosiyalarını tanıyandan və idarə etməyi öyrənəndən sonra neqativ hisslər yaradan saytlardan uzaq durmaq tövsiyə edildi. Tam mənada kişi və ya qadın kimi böyümək üçün mənəvi, estetik və etik dəyərlər vacibliyini etibar etdikləri müəllimlərə, psixoloqa, həkimə bu suallarla müraciət etməyin daha məqsədyönlü olduğu vurğulandı.İnformasiya kanalının mötəbərliyi və etibarlılığının vacibliyi qeyd edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi