3A SİNFİNDƏ OXU GÜNÜ

Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində , mənəvi aləminin zənginləşməsində , dünyagörüşünün və bilik dairəsinin genişlənməsində , cəmiyyət hadisələrinə çevik , həssas və obyektiv münasibət bəsləməsində , bədii təxəyyülünün , obrazlı və məntiqi təfəkkürünün , idraki bacarıqlarının inkişafında , bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliə müstəsna əhəmiyyət kəsb edir.
Məhz buna görə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı ilə Oxu Günü silsilə tədbirləri keçirilir.
Bu məqsədlə 18.10.2023 - cü il tarixində məktəbin 3A sinfində " Duman " əfsanəsi mütaliə edildi.Sonra Ülkər Əhmədova Nuh peyğəmbər haqqında şagirdlərə əlavə məlumat verdi.Sonda onlara bu folklor nümunəsi ətrafında suallar verdi.Şagirdlər əsərin müzakirəsində fəal iştirak etdilər.