FÜZULİ , SƏN AZADSAN !

17.10.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin akt zalında Füzuli , sən azadsan ! adlı tədbir keçirildi.Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlandı.Şagirdlər rus və Azərbaycan dillərində şeirlər, mahnılar ifa etdilər və məlumatlar paylaşdılar.Burada Füzulinin tarixi , mədəniyyəti , işğalı və azad olunması haqqında videoçarx nümayiş etdirildi.Tədbir " Füzuli , sən azadsan ! " fləşmob ilə yekunlaşdı.